OXU və QAZAN VIII
02.12.2021 3245

Gəncliyə Yardım Fondu və Dünya Gənc Türk Yazarlar Birliyi “Oxu və Qazan VIII” kitab oxuma müsabiqəsinə strat veririk. Siz “Tariximizin Dahiləri” kitabını oxumaqla aşağıdakı hədiyyələri qazana biləcəksiz:

  • I yer 400 manat
  • II yer 300 manat
  • III 200 manat
  • İlk 50 yerə 50 AZN-lik kitab kuponu

Necə iştirak edəcəksiz?

Saytda öz hesabınıza daxil olursunuz, “Oxu və Qazan VIII” imtahanına yazılırsınız, “Tariximizin Dahiləri” kitabının PDF faylını aşağıdakı linkdən (https://bit.ly/TariximizinDahileri) endirib oxuyub imtahana hazırlaşırsınız.

Bir yeri birdən çox yarışmacı qazanacağı halda onlar arasında əlavə sullarla həmin yerin qalibi müəyyən olunacaq.

Sual sayı 80 olaraq nəzərdə tutulub. İmtahanın müddəti 40 dəqiqədir. Suallar arasında keçid eləmək, əvvəlki suallara qayıtmaq mümkün deyil.

İmtahan tarixi 23 yanvar 2022 Saat 21:00

İmtahana buradan yazıla bilərsiniz.

Müvəffəqiyyətlər